Azərenerji ASC-nin “Reablitasiya üzrə Tədbirlər Planı” öz bəhrəsini verir. Elektrik enerji istehsalı artıb, yanacaq sərfiyyatına isə qənaət edilib

İyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq görülən işlər müsbət nəticəsini verməkdədir.
Belə ki, görülən işlərin nəticəsi olaraq ötən ilin müvafiq dövri ilə müqayisədə orta hesabla gündəlik 5.5 milyon kVts artıq elektrik enerjisi istehsal edilir. Ən əsası isə 5.5 milyon kVts artım olmasına baxmayaraq, ötən ilin müvafiq dövri ilə müqayisədə istehsal prosesində şərti yanacaq sərfiyyatı hər kVts-a görə 1-2 qramadək azalıb. Beləliklə, daha az yanacaq sərf edilməklə həm yanacağa qənaət olunub, həm də daha çox elektrik enerjisi istehsal edilib.
“Azərenerji” ASC bütün qüvvəsi ilə tikinti, yenidənqurma və bərpa prosesini davam etdirir və bundan sonra da durmadan davam etdirəcək.