“Azərenerji” ASC yanvar ayında qonşu ölkələrə 191.9 milyon kvts elektrik enerjisi ixrac edib

“Azərenerji” ASC arxada qalan yanvar ayı ərzində 2.126 milyard kvts elektrik enerjisi istehsal edib. Bu isə ötən ilin yanvar ayı ilə müqayisədə 3 milyon kvts çoxdur. Belə ki, ötən ilin yanvar ayında 2.123 milyard kvts elektrik enerjisi istehsal edilmişdi.
Bu ilin yanvar ayında istehsal edilən 2.126 milyard kvts elektrik enerjisindən 191.9 milyon kvts qonşu ölkələrə ixrac olunub.