BEYNƏLXALQ ELMI KONFRANS KEÇIRILƏCƏK

Image

Bu il iyulun 6-dan 9-dək Polşanın Vroslav şəhərində “Modern electric power system 2015” adlı 5-ci Beynəlxalq Elmi Konfransı keçiriləcəkdir.

“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun nümayəndələrinin birgə yazdıqları elmi məqalə də konfransın proqramına daxil edilib.

Yeri gəlmişkən, konfransın proqramına daxil edilmiş «Avadanlıqların və elektrik verilişi xətlərinin ifrat gərginliklərdən mühafizəsinin etibarlılığının müasir qurğu və üsullarla artırılması» adlı məqalənin müəllifləri A.Həşimov, F.Xıdırov, A.Baba­yeva, A.Nayirdir.

Bununla yanaşı, institutda fəlsəfə doktoru proqramı üzrə qiyabi təhsil alan doktorant Musayev Müsahil Müsavər oğlunun “Kiçik su elektrik stansiyalarında generator kimi istifadə edilən iki tərəfdən qidalandırılan asinxton maşınların reaktiv gücünün kompensasiya sisteminin tədqiqi” adlı dissertasiyasının Polşada aprobasiyasının aparılması, həmçinin elmi məktəblər arasında əlaqələrin daha da genişləndirilməsi və göstərilən məqalə üzrə konfransda məruzə ilə çıxış etmək məqsədilə bir qrup əməkdaşın Polşanın Vroslav şəhərinə ezam edilməsi nəzərdə tutulur.