TƏBRİK

Hörmətli energetiklər!
Sizi qədim tarixi köklərə malik olan, mənəvi dünyamızın ən dərin qatlarınadək nüfuz edən, milli-mənəvi dəyərlərimizin təcəssümü sayılan Novruz bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, bahar təravətli xoş günlər arzulayıram.
Ölkəmizin iqtisadi, sosial, siyasi, mədəni həyatında, o cümlədən elektrik energetika sistemində aparılan yenidənqurma işləri təbiətin dirçəlməsi və yenilənməsi ilə həmahəng olub hər birimizdə nikbin ovqat yaradır, sabaha dərin inam formalaşdırır.
Əziz bayram günündə hamınıza bahar əhval-ruhiyyəsi arzu edirəm.
Yolunuz işıqlı olsun!
Novruz bayramınız mübarək!
Baba Rzayev
“Azərenerji” ASC-nin prezidenti