QURBAN BAYRAMINIZ MÜBARƏK

Hörmətli həmkarlar!
Sizi dünya müsəlmanlarının mənəvi birlik, həmrəylik, paylaşmaq və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, bütün elektroenergetiklərə, bu sahədə çalışan insanlara ən səmimi arzu və diləklərimi yetirirəm.
Bu mübarək gündə müsəlmanlar Allaha yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.
Hər birinizə möhkəm cansağlığı, ailələrinizə firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə
Baba Rzayev
“Azərenerji” ASC-nin prezidenti