Azərenerji ASC #evdəqal videoçarxı yayımladı

Image

“Azərenerji” ASC koronavirus xəstəliyi ilə əlaqədar həyata keçirilən #evdəqal aksiyasına dəstək verib. Belə ki, Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və media mərkəzi tərəfindən hazırlanan videoçarx yayımlanıb.

Videoçarxda Azərenerji ASC-nin əməkdaşları adından bu fikirlər səslənir. “Biz 24 saat gecə-gündüz fasilsiz olaraq növbətçilik qaydasında işləyərək evinizi enerji ilə təmin edəcəyik. Yetər ki, evdə qalın və həyatları xilas edin! Səbri evdə et Azərbaycan. Biz birlikdə güclüyük”.