“MİNGƏÇEVİR SESS”: YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR
Respublika enerji sisteminin bütün sahələrində, o cümlədən 1954-cü ildən istismarda olan, Qafqazda analoqu olmayan ən böyük enerji obyektlərindən biri hesab edilən “Mingəçevir Su Elektrik Stansiyası Silsiləsi”ndə də avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində isə bir sıra tədbirlər həyata keçirilmişdir. Hasirda burada yenidənqurma işləri davam etdirilir.
“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin 4 ay ərzində 63,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal olunmuşdur. O cümlədən, cari ilin aprel ayında isə elektrik enerji istehsalı 27,2 milyon kilovatsaatdan artıq təşkil etmişdir.
Mənbə onu da bildirdi ki, silsilədə yanğın təhlükəsizliyi istiqamətində bir sıra müvafiq tədbirlər həyata keçirilib: bütün yanğın kranları yoxlanılıb və tam işçi vəziyyətə gətirilmişdir. Yarımstansiya və avtotransformatorların əraziləri quru otlardan təmizlənmişdir.
Xatırladaq ki, silsiləyə “Mingəçevir” və “Varvara” SES-ləri daxildir.