BABA RZAYEV ENERGETİKLƏRİ TƏBRİK EDİB

Image

Hörmətli energetiklər, əziz həmkarlar! 

Bu il energetiklər günü elə bir vaxta təsadüf etdi ki, indi Cənab Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazır. Artıq işğal olunmuş torpaqlarımızın bir hissəsi azad olunub və Cənab Prezidentin iradəsi ilə hərbi yaxud siyasi yolla torpaqlarımızın qalan hissəsini də azad edəcəyinə əminik.

Bilirəm ki, uşaqdan böyüyə hər bir Azərbaycan vətəndaşı kimi elektroenergetiklərin də bütün diqqəti cəbhəyə yönəlib. Bu gün “Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin cəbhə zonasında fəaliyyət göstərən əməkdaşları ilə yanaşı yüzlərlə əməkdaşı könüllü olaraq döyüşlərə qatılıb. Bu çətin və məsuliyyətli vaxtlarda bütün gücünü səfərbər edərək xalqımıza xidmət edən Energetika Nazirliyində, “Azərenerji”də, “Azərişıq”da və özəl energetika şirkətlərində çalışan bütün elektroenergetiklər ailəsini peşə bayramı münasibəti ilə təbrik edir, Sizə möhkəm can sağlığı, qələbə müğdəli günlər arzulayıram. İşığımız Şuşada yansın.

 

Hörmətlə Baba Rzayev

“Azərenerji” ASC-nin prezidenti