B İ L D İ R İ Ş
“Azərenerji” ASC tərəfindən 20 avqust 2020-ci il tarixində elan edilmiş 4 ədəd yük-sərnişin avtomobilinin satın alınması üzrə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilmiş və tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklif edən "AZƏRMAŞ GROUP" MMC tenderin qalibi müəyyən edilmişdir. Qalib gəlmiş təşkilat ilə ƏDV daxil 179 600,01 (yüz yetmiş doqquz min altı yüz manat 01 qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.