VƏTƏN MÜHARİBƏSİNDƏ “AZƏRENERJİ”NİN 130 NƏFƏR ƏMƏKDAŞI KÖNÜLLÜ OLARAQ DÖYÜŞLƏRƏ QATILIB. ONLARDAN 2 NƏFƏR - ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALIB, 10 NƏFƏR YARALANIB

Image

Vətən müharibəsində  “Azərenerji” ASC-nin 130 nəfər əməkdaşı könüllü olaraq döyüşlərə qatılıb. Onlardan 2 nəfər  - Şəhidlik zirvəsinə ucalıb, 10 nəfər yaralanıb. 

Bundan əlavə işçilərimizdən, 12 nəfərin övladı şəhid olmuş, 34 nəfərin övladı yaralanmışdır.5 nəfər işçimizin evi düşmən tərəfindən dağıdılmışdır.

Şəhidlərimiz:

  1. Nəcəfli Oruc Rövşən oğlu - 06.10.1989-cı ildə Yevlax rayonunun Tanrıqulular kəndində anadan olmuşdur. Mingəçevir Politexnik İnstitutunun İnformatika və hesablama texnikası ixtisasını bitirdikdən sonra 20.05.2013-cı ildə əmək fəaliyyətinə başlamışdır. Sonuncu iş yeri “Azərenerji” ASC-nin "Enerjiservistikintitəmirsazlama" MMC-nin Qazan avadanlıqlarının təmiri sahəsinin çilingəri vəzifəsində çalışmışdır.  Ailəlidir 2 övladı var 
  2. Vəlizadə Kamran Əkpər oğlu - 14.09.1996-cı ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İstilik Energetika Mühəndisliyini bitirdikdən sonra 22.09.2016-cı ildə əmək fəaliyyətinə başlamışdır. Sonuncu iş yeri “Azərenerji” ASC-nin “Bakı İstilik Elektirk Mərkəzi” MMC-nin Qazan Turbin sexinin Boyler və deaerator qurğularının böyük maşinisti vəzifəsində çalışmışdır. Subaydır