Xocalı faciəsi heç vaxt unudulmayacaq!
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalıda törətdikləri soyqırımı Azərbaycan tarixinə ən dəhşətli faciələrdən biri kimi daxil oldu. Bu soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Hər il Xocalı soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla yad edilir, Xocalı soyqırımı qurbanlarının abidəsi ziyarət olunur, şəhidlərin ruhuna dualar oxunur. Xocalı soyqırımı qurbanlarının xatirəsi heç vaxt unudulmayacaq.