“Azərenerji” payız-qış mövsümünə hazırdır
2022-2023-cü ilin payız-qış mövsümünə hazırlıq
çərçivəsində “Azərenerji” ASC-nin müəssisələrində müvafiq tədbirlər həyata
keçirilib. Ölkənin
fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi, ixrac imkanlarının
genişləndirilməsi, enerjinin istehsalı və ötürülməsi üzrə plan tapşırıqlarının
yerinə yetirilməsi, enerji müəssisələrində açılma və imtinaların sayının
minimuma endirilməsi qarşıya əsas vəzifə olaraq qoyulub.
Bu məqsədlə enerji müəssisələrində planlı təmir,
təmir-bərpa, yenidənqurma işləri həyata keçirilib. Lazımi yanacaq ehtiyatı
tədarük edilib. Bundan başqa, əsas və köməkçi avadanlıqların təmiri təyin
edilmiş normalara uyğun keyfiyyətlə yerinə yetirilib. Elektrik
stansiyalarında texniki göstəricilərin yaxşılaşdırılması üzrə mühüm tədbirlər
görülüb.
Yerinə yetirilmiş təmir
işləri qiymətləndirildikdən sonra “Azərenerji” ASC-də yaradılmış Aidiyyəti Tədbirlər
Planının yerinə yetirilməsi üzrə Komissiya tərəfindən müəssisələrə 2022-2023-cü ilin payız-qış mövsümünə
“Hazırlıq Pasportu”nun verilməsi qərara alınıb.