“AzərEnerji” Cənub regionunun enerji təminatını gücləndirir

Respublikanın Cənub
regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz
olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin
dayanıqlığının və etibarlığının artırılması məsədilə 71 il əvvəl tikildiyindən
istismar müddətini çoxdan başa vuran 110/35/6 kilovoltluq “Salyan” yarımstaniyası “AzərEnerji”
tərəfindən tam yenidən qurulur. Qeyd edək ki, sistem əhəmiyyətli “Salyan”
yarımstansiyası Salyan, Neftçala və Biləsuvar rayonlarının böyük hissəsini
elektrik enerjisi ilə təmin edir.
Yarımstansiyada
110 kilovoltluq Açıq Paylayıcı Qurğu yenidən qurulur, ərazidə yeni rəqəmsal
İdarəetmə Mərkəzi tikilir. Yerli SCADA, müasir mikroprosessor tipli rəqəmsal
idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları
ilə təchiz olunanan İdarəetmə Mərkəzində rayonun perspektiv inkişafını nəzərə
alınaraq 35 və 6 kilovoltluq Qapalı Paylayıcı Qurğularda ehtiyat yuvalar
yaradılır.
“Salyan” yarımstansiyasının yenidən qurulması ilə qəzaların qarşısının alınmasına, yarımstansiyadan qidalanan tələbatçıların daha etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, şəbəkədə texniki itkilərin minimuma endirilməsinə nail olunacaq.