TƏBRİK
Hörmətli xanımlar!
Sizi 8 Mart - Beynəlxalq Qadınlar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, hər birinizə uzun ömür, cansağlığı və ailə səadəti arzulayıram.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə elm, mədəniyyət, təhsil və həyatımızın digər sahələrində olduğu kimi, elektroenergetika sahəsində də Azərbaycan Qadınının xüsusi yeri və önəmli xidmətləri vardır. Hər bir evə nur bəxş etmək kimi şərəfli, xeyirxah və məsuliyyətli peşə sahibləri olan qadın əməkdaşların zəhməti çox böyük dəyərlərə və yüksək hörmətə layiqdir.
Əziz qadınlar, sizi bir daha bayram münasibətilə təbrik edir və hamınıza Qadın Xoşbəxtliyi arzulayıram!!!
Hörmətlə, Baba Rzayev “AzərEnerji” ASC-nin prezidenti