ENERGETİKLƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLİB
20 oktyabr energetiklərin peşə bayramı günü
Energetika Nazirliyi, “AzərEnerji” və “Azərişıq” ASC-lərin rəhbər heyəti Ulu
Öndər Heydər Əliyevin məzarını ziyarər edib, Ümummilli
Liderin abidəsi önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim akademik Zərifə
xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə tər güllər
düzülüb. Şəhidlər xiyabanı da ziyarət olunub.
Daha
sonra “AzərEnerji”nin Baş İdarəetmə Mərkəzində Energetiklər Günü ilə bağlı tədbir
keçirilib. “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev çıxış edərək builki energetiklər gününün çox əlamətdar vaxta təsadüf
etdiyini bildirib. - “Əvvəla ona görə ki, 5 gün əvvəl 15 okyabr tarixində Müzəffər
Ali Baş Komandan cənab İlham Əliyev şanlı bayrağımızı Xankəndi, Ağdərə, Xocalı,
Xocavənd rayonlarında ucaltdı. Digər tərəfdən, məhz həmin gün, 15 oktyabr
tarixi həm də cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyinə
təsadüf edirdi. Həmin 20 il ərzində Azərbaycan dövləti tarixi boyu heç zaman bu
qədər inkişaf etməyib və bu qədər güclü olmayıb. Bütün sahələrdə olduğu kimi
elektroenergetikamızın bugünkü səviyyəyə çatması, Azərbaycanın sayılıb-seçilən
enerji dövləti titulunu alması, ən müasir texniki avadanlıqlarla təchiz
olunaraq rəqəmsallaşdırılması, alternativ və bərpa olunan enerjinin prioritet
sahəyə çevrilməsi, qırxa yaxın yeni elektrik stansiyasının tikilməsi, yüzdən
artıq yarımstansiyanın tikilərək yenidən qurulması, min kilometrlərlə müxtəlif
gərginlikli ötürmə xətlərinin çəkilməsi, hazırda ölkədə istehsal olunan
enerjinin 20 faizə yaxın hissəsinin ixrac edilməsi və digər bu kimi məsələlər cənab
Prezident İlham Əliyevin davamlı enerji strategiyasının həyata keçirilməsinin təzahürüdür”.
Baba
Rzayev bildirib ki, cənab Prezident İlham Əliyevin xüsusi diqqəti və enerji
strategiyasına uyğun olaraq bu günə kimi
Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə yarımstansiya tikilərək istismara verilib
və 700 km-dən artıq 330 və 110 kV-luq yüksəkgərginlikli ötürmə xətti çəkilərək
bütün işğaldan azad edilən ərazilərə 100 faiz enerji çatdırılıb. Ən əsası bütün
yarımstansiyalar Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Eyni zamanda cənab
Prezidentin işğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi
ilə bağlı tapşırığına uyğun olaraq bu günə kimi 14 yerdə su elektrik stansiyası
tikilərək yenidən qurulub və hazırda 3 SES-də işlər tamamlanır və 9 yerdə
tikinti davam edir. Eyni zamanda Suverenliyimiz bərpa edilən ərazilərdə
stansiya və yarımstansiyalar bərpa edilir.
Tədbirdə
çıxış edənlər bildirib ki, bu gün Azərbaycanın
energetika sektoru dünyanın bir çox ölkələrinə, o cümlədən inkişaf etmiş ölkələrinə
nümunə göstəriləcək səviyyədədir. Bu isə heç şübhəsiz, cənab Prezident İlham
Əliyevin elektroenergetika ilə bağlı həyata keçirdiyi uğurlu enerji
strategiyasının, davamlı diqqət və qayğısının nəticəsidir.
Bütün bunlara görə
çoxminlik “AzərEnerji” kollektivi adından Cənab Prezidentə xüsusi minnətdarlıq
və sonsuz təşəkkürlər ifadə olunub.