TƏDBİRLƏR PLANI VAXTINDA YERİNƏ YETİRİLİR
Digər enerji təsərrüfatlarında olduğu kimi “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”ndə də (YGEŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır. Bu məqsədlə tərtib edilmiş təmir qrafikinə uyğun nəzərdə tutulmuş işlər əsasən yerinə yetirilib.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda o da bildirilir ki, 330 kV-lik “Yaşma” yarımstansiyasında 1 saylı 200 MVA avtotransformatorun 220 və 110 kV-lik tərəfində, 2 saylı 240 MVA avtotransformatorun 330 KV-lik tərəfində, 3 saylı 200 MVA avtotransformatorun 330 və 110 kV-lik tərəfində boşaldıcılar gərginlik məhdudlaşdırıcılarla əvəz edilmişdir. Analoji iş 110 kV-lik 1-ci və 2-ci sistem şinlərində də həyata keçirilmişdir. Bütün bunlarla yanaşı 2,5 kilometr uzunluğunda su xətti də yenilənmişdir. Sözügedən YGEŞ-in balans mənsubiyyətinə aid olan 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyasında (YS) isə 1-ci və 3-cü “Sənaye Qovşağı”, 2-ci “Poladəritmə”, 1-ci “Xırdalan” və 1-ci “Sumqayıt” hava xətlərinin (HX) yağ açarları eleqaz açarlarla, hər birinin gücü 200 MVA olan 1 və 2 saylı avtotransformatorların 110 kV-lik tərəfində boşaldıcılar gərginlik məhdudlaşdırıcılarla əvəz edilmişdir. Eyni zamnda YS-də qəza hadisələrini qeydə alan qurğu işə qoşulmuşdur.
Mənbədən o da bildirilir ki, 110 kV-lik “135 saylı” yarımstansiyada 1 və 2 saylı transformatorlar və onun avadanlıqlarında, eyni gərginlikli ayrıcılar və gərginlik transformatorlarıında, həmçinin eyni adlı hava xəttinin elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Bütün bunlarla yanaşı eyni gərginlikli “Sumqayıt-2”, “Kimyaçılar”, “Sitalçay”, “83 saylı” və digər yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri ararlımışdır.
Onu da qeyd edək ki, analoji təmir işləri şəhərətrafı “Yksək Gərginlikli Elektrik Şəbəkəsi Rayonu”nun (YGEŞR) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda və EVX-lərdə də həyata keçirilmişdir. Belə ki, “Görədil”, “Şamaxı” yarımstansiyalarında transformatorlar və onların avadanlıqları əsaslı və cari təmir edilmişdir. Eyni zamanda “Şamaxı” yarımstansiyalasında 35/10 kV-lik qapalı paylayıcı quruluşun tikintisinə başlanılmış, “Sulfanol” yarımstansiyasında transformator dəyişdirilmiş və güc transformatorlarının yağ qəbulediciləri və yağ ötürücüləri yenidən qurulmuşdur. “Sumqayıt-3” yarımstansiyasında isə yenidənqurma işləri çərçivəsində 30 ədəd yeni kamera quraşdırılmış və onun 24-ü işə qoşulmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir. YS-lərdə yağ tutumlu elektrik avadanlıqlarına baxış keçirilərək yağların təzyiqi normallaşdırılmış, avadanlıqlarda yağ sızmaları aradan qaldırılmışdır. 110 kV-lik YS-lərdə su hovuzları təmizlənmiş və təmir edilmişdir. 330 kV-lik “Yaşma” yarımstansiyasında avtomatik, 220 kV-lik “Sənaye Qovşağı” yarımstansiyasında isə əl ilə qoşulan yanğınsöndürmə qurğuları yoxlanılmışdır. Bütün bunlarla yanaşı 330 kV-lik “Yaşma”, 220 kV-lik “Sənaye Qovşağı”, 110 kV-lik “Goradil” və “Kimyaçılar” YS-lərində yanğına qarşı məşq keçirmək üçün xüsusi meydançalar düzəldilmişdir.