“AzərEnerji” ilə “Schneider Electric” şirkəti memorandum imzaladı
COP29 çərçivəsində “Schneider Electric” şirkətinin Beynəlxalq əməliyyatlar
üzrə icraçı vitse-prezidenti Maniş Pant, şirkətin Türkiyə və Mərkəzi Asiya üzrə
prezidenti İsmayıl Yamangil bu gün “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən
pavilyonunda olublar.
Daha sonra qonaqların “AzərEnerji” ASC-nin rəhbəri
Baba Rzayevlə görüşü olub. Görüşdə mövcud əlaqələr və perspektiv layihələr ətrafında
müzakirələr aparılıb.
Görüşün sonunda “Schneider Electric” və “AzərEnerji” ASC arasında bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası, enerji monitorinqi, planlaşdırma və digər sahələri əhatə edən anlaşma memorandumu imzalanıb.