“AzərEnerji” ilə İtaliya şirkəti arasında memorandum imzalanıb
COP29
çərçivəsində İtaliyanın “Ansaldo
Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbrinin başçılıq etdiyi
nümayəndə heyəti “AzərEnerji” ASC-nin “yaşıl zona”da yerləşən pavilyonunda
olublar. İtaliyalı qonaqlarla “AzərEnerji” ASC-nin rəhbəri Baba Rzayev arasında
görüş olub.
Daha
sonra “AzərEnerji” ilə “Ansaldo Energia” arasında dekarbonizasiya, kadr
hazırlığı, karbon tutma, yaşıl hidrogen, kiçik modul reaktorları və başqa
istiqamətləri əhatə edən anlaşma memorandumu imzalanıb.
“AzərEnerji” ilə “Ansaldo Energia” şirkəti
arasında elektrik enerjisinin istehsal sistemləri, yaşıl hidrogen istehsalına
dair təcrübə mübadiləsi ilə bağlı anlaşma memorandumu "yaşıl enerji"
keçidinə mühüm töhfə verəcək.