“AzərEnerji” və “Azərişıq” kollektivləri Ulu Öndərin məzarını ziyarət edib

Ümummilli
Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar “AzərEnerji” və
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinin rəhbərliyi və kollektivləri Fəxri
xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Dahi şəxsiyyətin əziz xatirəsinə
dərin ehtiram bildirilib və məzarı önünə əklil və gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.