“AzərEnerji” və Dünya Bankının nümayəndə heyətlərinin növbəti görüşü olub

“AzərEnerji”
ASC-nin rəhbəri Baba Rzayevlə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə
ekoloji rəhbəri Sancay Srivastavanın başçılıq etdiyi nümayəndə heyətlərinin görüşü
olub. Görüşdə AZURE
layihəsinin gedişatı, atılacaq növbəti addımlar, əməkdaşlığın perspektivləri
barədə müzakirələr aparılıb.
Azərbaycanda
həyata keçiriləcək irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə
inteqrasiyası və yeni çəkiləcək ötürmə xətləri, fəaliyyətlərin ekoloji
təsirləri və başqa məsələlər də görüşdə müzakirə mövzusu olub.