TƏXİRƏSALINMAZ TƏDBİRLƏR GÖRÜLÜR
Yüksək gərginlikli xətt və avadanlıqlarda ilboyu səmərəli işlər həyata keçirilir. Bu mənada, ötən il də istisna deyil. İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, yüksək gərginlikli elektrik şəbəkələrinin (YGEŞ) genişləndirilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Bu da son nəticədə istehlakçılara verilən elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmağa, elektrik verilişi xətlərində (EVX) texniki itkiləri xeyli azaltmağa imkan yaratmışdır. “Azərenerji” ASC-nin Mətbuat xidmətindən bildirilir ki, hesabat dövründə Gədəbəy rayonunun elektrik təchizatı ilə bağlı problemlərin həlli və rayonun prespektiv inkişafı nəzərə alınmaqla elektrik enerjisinə olan tələbatın daha da dolğun şəkildə ödənilməsinin təmini istiqamətində tədbirlər görülmüşdür. Gücü 2x25 MVA 110/35/10 kV-luq “Gədəbəy” yarımstansiyasının tikintisi işləri aparılmışdır. Uzunluğu 48,0 km ikidövrəli 110 kV-luq “Zəyəm YS-Gədəbəy YS” hava xəttinin tikintisi tamamlanmış, 35 kV-luq hava xətti müvəqqəti sxemə qoşulmuşdur.
Quba rayonunun elektrik təchizatının yaxşılaşdırılması üçün tədbirlər görülmüşdür. Gücü 2x10 MVA 35/10 kV-luq “Ulduz” YS-nin inşası, 35 kV-luq “Ulduz” hava xəttinin tikintisi başa çatdırılmış və hazırda YS şəbəkəyə qoşulmuşdur. Quba rayonunun yaxın prespektiv inkişafını nəzərə alaraq YS-nin 110/35/10 kV gərginliyə keçirilməsi üçün layihə smeta sənədləri hazırlanır.
110 kV-luq “Bəhrəmtəpə” YS-da 2-ci 25 MVA transformator quraşdırmaqla YS-nin gücü artırılmış, 35 və 10 kV-luq QPQ yenidən tikilmişdir. Yenidənqurma işləri başa çatdırılmışdır.
110 kV-luq “Biləsuvar” hava xəttinin yenidən qurulmasına başlanılmış, bununla əlaqədar 8,0 km birdövrəli, 8,2 km ikidövrəli 110 kv-luq hava xətti çəkilmişdir. Tikinti quraşdırma işləri davam etdirilir.
35 kV-luq “S.Vurğun” YS-da 1 ədəd 10 MVA gücündə trasformator quraşdırılmaqla YS-ların yükgötürmə imkanı artırılmışdır.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövdə 110 kV-luq “Ağstafa” YS-da 1 ədəd 35 kV-luq, 2 ədəd 10 kV-luq yağ açarı vakuum açarla əvəz olunmuş, 4 dəst 110 kV-luq gərginlik məhdudlaşdırıcısı quraşdırılmışdır. “Şamaxı” YS-da 3 ədəd mühafizə, 2 ədəd sabit cərəyan paneli və 1 ədəd akkumulyator batareyası quraşdırılmışdır. Ümumiyyətlə, 220 kV-luq ”Qəbələ”, 110 kV-luq “Sabirabad”, “Gəncə-1” “AzKTA”, ”Gəncə-3”, “Melixor”, “Maşınqayırma”, “83 saylı”, “İmişli”, “İstilik”, “Zəyəm”, “Alabaşlı”, “Qovlar”, “Xaçmaz”, “Quba”, “Qusar”, 35 kV-luq “Kimyaçı”, “XİF”, “Çaylı”, “130 saylı”, “Ceyranbatan”, “143 saylı”, “Sarıqaya”, “Cəngi”, “Cahar”, “Mərəzə”, “Hilmilli”, “Göyəzən”, “Təklə”, “Şəmkir-2” və digər YS-larda köhnə avadanlıqların yenisi ilə əvəz edilməsi istiqamətində əsaslı işlər görülmüşdür.
Sonda onu da qeyd edək ki, şəbəkələrdə istismar səviyyəsinin yüksəldilməsi, habelə xidmətin operativliyinin artırılması üçün xeyli sayda nəqliyyat və xüsusi texnika alınaraq şəbəkələrə verilmişdir.