Artıq 5 ildir ki, Füzulidə Azərbaycan işığı yanır
İşğaldan
azad edilən ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və ən qısa vaxtda
enerji ilə təchiz edilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun
olaraq, bütün azad edilən rayonlarda olduğu kimi Füzuli rayonunda da böyük işlər
görülüb. “AzərEnerji” tərəfindən Füzulidəki “Şükürbəyli” yarımstansiyasına “İmişli”
yarımstansiyasından 51 kilometr məsafədə 110 kilovoltluq ötürmə xətti çəkilib.
Eyni zamanda, “Şükürbəyli” yarımstansiyası genişləndirilərək qovşaq
yarımstansiyası olaraq tam yenidən qurulub. Oradan isə Füzuli şəhərinə 110
kilovoltluq ikidövrəli ötürmə xətti çəkilib və bir neçə ayın içərisində Füzuli
şəhərində 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib.
2021-ci
ilin iyun ayının 14-də Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə “Füzuli” və “Şükürbəyli” yarımstansiyalarının açılışı
olub.
Bu gün şəhər
günü qeyd edilən Füzulidə artıq 5 ildir ki, Azərbaycan işığı yanır.