“AzərEnerji”, TotalEnergies və SOCAR arasında görüş keçirilib
“AzərEnerji” ASC-nin İdarə Heyətinin
sədri Baba Rzayev, TotalEnergies şirkətinin idarəedici direktoru Emmanuel de
Guillebon və SOCAR-ın vitse-prezidenti Babək Hüseynov arasında görüş keçirilib.
Əməkdaşlığın mövcud vəziyyəti və
gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılan görüşdə əsas müzakirə
mövzusu Abşeron qaz yatağının ikinci fazası çərçivəsində nəzərdə tutulan qaz
emalı zavodunun elektrik təchizatı məsələsi olub.