DAYANIQLIQ DAHA DA MÖHKƏMLƏNDİRİLİB
Bakı şəhəri və regionların elektrik təchizatı dayanıqlığının daha da möhkəmləndirilməsi istiqamətində ötən il ərzində həyata keçirilmiş tədbirlərlə əlqədar görülmüş işlər barəsində “Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, 500 kV-luq “Abşeron” yarımstansiyasında (YS) 330 kV-luq paylayıcı quruluşda (PQ) gücü 3x133 MVA avtotransformatorlar quraşdırmaqla, YS-nin 220 kV-luq tərəfinin yenidən qurulması layıhələri üzrə tikinti işləri davam etdirilir. Eyni zamanda 110 kV-luq “Suraxanı” YS-da köhnə yağ açarlarının eleqaz açarlarla əvəz edilməsi, digər elektrik avadanlıqlarının dəyişdirilməsi ilə yarımstansiyanın tamamilə yenidən qurulması işləri başa çatdırılmışdır.
Yeri gəlmişkən, 220 kV-luq gücü 3x250 MVA “Böyük Şor” YS-nın, uzunluğu 135 km 220 kV-luq ikidövrəli “Cənub ES-Səngəçal YS - Böyük Şor YS”, uzunluğu 45 km 220 kV-luq birdövrəli “Abşeron YS - Böyük Şor YS” və uzunluğu 14 km 220 kV-luq ”Zabrat YS - Sumqayıt ES” hava xəttinin “Böyük Şor” YS-na giriş-çıxış hava xəttinin tikintisi infrastruktur layihələri üzrə tikinti işləri isə davam etdirilir.
Mənbəyə istinadən qeyd edək ki, Bakı şəhəri və onun ətraf rayonlarının elektrik enerjisi təchizatında müstəsna əhəmiyyət kəcb edən 220 kV-lik “Müşfiq” yarımstansiyasında 110 kV-luq açıq paylayıcı quruluşda (APQ) ayrıcıların yenisi ilə əvəz edilməsi işlərinə başlanılmışdır və bu işlərin cari ilin oktyabr ayının sonuna kimi tamamlanması planlaşdırılır. “Zabrat” YS-də isə 35 kV-luq APQ-də yenidənqurma işləri aparılmış, 110 kV-luq “8-ci km” YS-nın 10 kV-luq QPQ-nin tam yenidən qurulması işlərinə başlanılmışdır. Bütün bunlarla yanaşı 110 kV-luq “Puta” YS-da 1-ci, 2-ci “BDÖZ” hava xətləri yeni yuvalara köçürülmüş, 1 ədəd 35 kV-luq yağ açarı vakuum açarla dəyişdirilmiş və akkumulyator batareyaları yenisi ilə əvəz olunmuşdur.
Mənbə onu da bildirdi ki, sözügedən dövrdə 330 kV-luq “İmişli “YS-da 10 kV-luq QPQ yenisi ilə əvəz olunmuşdur. 35 kV-lik gücü 2x4,0 MVA “Alunit” YS-da tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir. “Quzanlı-1” və “Quzanlı-2” YS-da isə 2 ədəd 35 kV-luq yağ açarları eleqaz açarla əvəz olunmuşdur. Eyni zamanda gücü 4 MVA olan “Şirvan” YS-sı tikilib istifadəyə verilmişdir. Bütün bunlarla yanaşı 110 kV-luq “Dübəndi” YS-da yağ açarları eleqaz açarlarla əvəz olunmuş və güc kabelləri dəyişdirilmişdir.
Ümumiyyətlə, sözügedən dövrdə yeni YS-ların tikilib istifadəyə verilməsi nəticəsində onların 673 MVA-dan artıq yükgötürmə imkanı artırılmışdır.