“AzərEnerji”də YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr müzakirə olunub
Yeni Azərbaycan
Partiyasının (YAP) VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı
“AzərEnerji” ASC-də tədbir keçirilib.
Səhmdar Cəmiyyətin
Mərkəzi Aparatında keçirilən tədbirdə YAP-ın Səbail rayon təşkilatının sədri,
“AzərEnerji” ASC İdarə Heyəti sədrinin müavini, Səhmdar Cəmiyyət üzrə partiya
təşkilatının sədri və müəssisədə çalışan YAP üzvləri iştirak ediblər.
Tədbirdə qurultayda
müəyyənləşdirilən vəzifələr, ideoloji maarifləndirmə istiqamətləri, eləcə də
“AzərEnerji” ASC tərəfindən həyata keçirilən strateji enerji layihələri
müzakirə olunub.
Çıxışlarda enerji
sektorunda görülən və planlaşdırılan işlər, qarşıya qoyulan hədəflər, ölkənin
enerji təhlükəsizliyinin təmin edilməsi, yeni iş yerlərinin yaradılması və
digər aktual məsələlər barədə məlumat verilib.