YENİDƏNQURMA İŞLƏRİ APARILIB

Image

Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir. Bu da öz növbəsində enerji daşıyıcıların texniki vəziyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasına  gətirib çıxarır. Həmişə olduğu kimi ötən ildə də müəssisənin xidməti ərazilərində təmir-bərpa işləri də vaxtlı-vaxtında həyata keçirilir və aparılan məqsədyönlü tədbirlər də artıq öz bəhrəsini verməkdədir. «Gəncə REŞ» -dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, REŞ-in balans mənsubiyyətində olan Şəmkir rayonu ərazisində 2014-cü ildə xətt və avadanlıqların dayanıqlılığını daha da artırmaq məqsədilə müəyyən işlər həyata keçirilib. Şəbəkənin balansında olan 110, 35 kV-lik EVX-də 210-dan artıq izolyator, 600 metr naqil dəyişdirilib. Üç ədəd 35 kV-lik ağac dayaq metal dayaqla əvəz olunub. 10-6 və 0,4 kV-lik şəbəkələrdə isə 610-a yaxın transformator məntəqəsi və 32 km EVX əsaslı və cari təmirdən çıxarılıb. Şəhər və rayon ərazisinə 540 ədəd birfazlı «Smart-kart» tipli sayğac quraşdırılıb.

«Gəncə REŞ» -nin ötən ilin yekunlarını araşdırdıqda Tovuz rayonunda da  həyata keçirdiyi tədbirlərə də diqqət etdik. Məlum oldu ki, rayonun yüksək gərginlikli EVX-də 100-dən artıq izolyator, 745 metr naqil dəyişdirilib. 10-6-0,4 kV-lik şəbəkələrdə 60 ədəd transformator məntəqəsi və 22,5 kilometr EVX əsaslı və cari təmirdən çıxarılıb. O cümlədən abonentlərin ünvanına 550-yə yaxın birfazlı sayğac quraşdırılıb və 94 ədəd dayaq yenisi ilə əvəz olunub. 35/10 kV-lik «Şəmkir-2» yarımstansiyasını qidalandıran 35 kV-lik «I zavod» hava xətti bərpa edilərək işə qoşulub. Bununla yanaşı 110/10 kV-lik «Qovlar» yarımstansiyasından qidalanan 10 kV-lik «Araflı», «Köhnə Qala» hava xətlərinin yağ açarları vakuum açarlarla, 25 MVA-lıq transformatorun 110 kV-lik boşaldıcıları yeni OPN tipli boşaldıcılarla əvəz olunub. Birinci şində gərginlik transformatoru dəyişdirilib. 35/6 kV-lik «Günəşli» yarımstansiyasından qidalanan 6 kV-lik «Aran» hava xəttinin vakuum açarı yenisi ilə əvəz olunub. Bütün bu sadaladıqlarımız fakt­lar «Gəncə REŞ»-in balans mənsubiyyətində olan elektrik şəbəkələrində görülən işlərin, həyata keçirilən tədbirlərin bir qismidir.

Sonda onu da qeyd edək ki, müvafiq enerji obyektlərində aparılan yenidənqurma işləri istehlakçıların  mövcud iqlim şəraitində enerjiyə olan tələbatını daha da dayanıqlı və effektiv etmişdir.