İSTEHLAK VƏ ÖDƏNİŞ ARTMIŞDIR

Image

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Lənkəran” EŞ üzrə ötən il ərzində ümumilkdə 158,9 milyon kilovatsaatdan artıq (bunun 103,3 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib), o cümlədən ötən ilin dekabr ayında isə 15,5 milyon kilovatsaatdan çox (bunun 10.9 milyon kilovatsaata yaxını daimi əhali qrupu tərəfindən istehlak edilib) elektrik enerjisi istehlak edilmişdir.

Mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində ötən il ərzində keçirilmiş reydlər zamanı 590-dan artıq qayda pozuntusu faktı aşkar edilərək 2 milyon 890,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 173,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 93 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.