2,3 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB

Image

Cari ilin yanvar ayında ölkə enerjisistemində 2,3 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Bu barədə “Azərenerji”ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Xatırladaq ki, 2014-cü il ərzində ölkə enerjisistemində 22,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.