İSTİSMAR YAXŞILAŞDIRILIR, QAYDA POZUCULARI CƏZALANDIRILIR

Image

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Salyan Elektrik Şəbəkəsi”nin xidməti ərazisində ötən il ərzində keçirilmiş reydlər zamanı 700-dən çox istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Qayda pozuntuları müvafiq formada aktlaşdırılıb və 5 milyon 628,9 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 337,7 min manata yaxın istehlak dəyəri bərpa olunub. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat  dövründə həmin bu məbləğin 88 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

Mənbə, istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, ötən ilin 12 ayı ərzində müəssisə üzrə ümumi istehlak 309,6 milyon kilovatsaatdan, o cümlədən dekabr ayında isə 27,5 milyon kilovatsaatdan artıq olmuşdur.