“QAZAX EŞ”: TƏMİR İŞLƏRİ APARILIR
Qərb bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində mühüm rol oynayan “Gəncə Regional Elektrik Şəbəkəsi”ndə (REŞ) texniki göstəricilərin daha da yaxşılaşdırılması, istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi, o cümlədən mövsümə hazırlıq məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir. Qazax rayonunun inzibati ərazsində yerləşən elektrik verilişi xətlərində və transformator məntəqələrində (TM) görülmüş cari və əsaslı təmir işləri barəsində “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, ötən ildə sözügedən rayonun elektrik sisteminin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə mühüm işlər görülüb.
Mənbədən onu da bildirdilər ki, sözügedən EŞ üzrə ötən ilin dekabr ayında ümumilikdə 7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki istehlakdan 3 min kilovatsaata yaxın azdır. Hesabat dövründə ümumi ödəniş isə 2013-cü ilin eyni dövründəki ödənişlə müqayisədə dinamik artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 38 min kilovatsaatdan çox azalmışıdır.
Qeyd edək ki, ötən il ərzində isə burada ümumilikdə 76,6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 2,2 milyon kilovatsaatdan, ümumi ödəniş isə mütləq bir faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 32,3 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə mütləq bir faizdən çox artmışıdr.
Sonda onu da qeyd edək ki, istehlakçılara xidmətin səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə müəssənin balans mənsubiyyətinə aid EVX və TM-lərdə həyata keçirilmiş və hazırda davam etdirilən müxtəlif təyinatlı təmir işlərinin nəticəsi olaraq qəza açılmalarının sayı demək olar ki, minimuma endirilib.