YENİDƏNQURMA İŞLƏRİ APARILIR
Paylayıcı elektrik şəbəkəsi sisteminin dayanıqlığının möhkəmləndirilməsi və istehlakçıların keyfiyyətli şəkildə elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində ayrı-ayrı şəbəkələrdə geniş tərkibli tədbirlər planı hazırlanıb həyata keçirilmiş və bu işlər durmadan davam etdirilir. Bu da öz növbəsində enerji daşıyıcıların texniki vəziyyətinin daha da keyfiyyətli və dayanıqlı olmasına gətirib çıxarır. Həmişə olduğu kimi ötən ildə də müəssisənin xidməti ərazilərində təmir-bərpa işləri də vaxtlı-vaxtında həyata keçirilir və aparılan məqsədyönlü tədbirlər də artıq öz bəhrəsini verməkdədir. Bərpa işləri ilə yanaşı istehlak olunan elektrik enerjisinin haqqının tam şəkildə ödənilməsi də daim diqqət mərkəzindədir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, Samux EŞ-in xidməti ərazisində ötən ilin dekabr ayında 8.1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 279 min kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstəricidən mütləq 9 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2013-cü ilin müvafik dövründəki göstətici ilə müqayisədə 930 min kilovatsaata yaxın azalaraq 3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə mütləq 8 faizdən çox artmışdır.
Onu da qeyd etmək yerinə düşərdi ki, sözügedən EŞ-də 2014-cü il ərzində ümuni istehlak edilmiş elektrik enerjisinin miqdarı 114,6 milyon kilovatsaata yaxındır ki, bunun da 25,9 milyon kilovatsaatdan çoxu daimi əhali qrupuna məxsusdur. 2013-cü illə müqayisədə ümimi istehlak, 8.2 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 8 faizə yaxın artmışdır. 2013-cü illə müqayisədə daimi əhali istehlakçı qrupu üzrə istehlak 1,7 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 4 faiz artmışdır.
Mənbədən onu da bildirdilər ki, ötən ilin son ayları ərzində müəssisənin balans mənsibiyyətinə aid olan 6-10-0,4 KV-lik xətlərdə və transformator məntəqələrində yenidənqurma və müxtəlif təyinatlı təmir işləri də həyata keçirilmişdir.
Yeri gəlmişkən, bu işlərlə paralel olaraq elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində də reydlər keçirilmişdir.