GÖRÜLƏN TƏDBİRLƏR ÖZ MÜSBƏT NƏTİCƏSİNİ VERMƏKDƏDİR

Image

Son dövrlər “Quba Elektrik Şəbəkəsi”nin (EŞ) enerji təsərrüfatında görülmüş işlər öz müsbət nəticəsini verməkdədir. Belə ki, rayonun elektrik enejisinin təchizatı ilə bağlı heç bir problem yoxdur və bütün istehlakçı qrupları dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Quba rayonunda elektrik şəbəkələrinin fəaliyyətlərini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq və iqtisadiyyatın elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etmək məqsədi ilə mühüm işlər görülmşdür. Bu baxımdan, şəbəkənin xidməti ərazisində EVX-lərin yenisi ilə əvəz olunması istiqamətində görülən işlər diqqətəlayiqdir. Qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədi ilə transformator məntəqələrində də təmir işləri aparılıb. Yeri gəlmişkən, hazırda bu proses tədbirlər planına uyğun davam etdirilir: xətlər dəyişdirilir, dayaqlar  yenisi ilə əvəz olunur,  xətlərin keçdiyi ərazi yaşıl kütlədən təmizlənir, transformatorlar təmir edilir. Onu da qeyd edək ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər istismar səviyyəsini yüksəldib, bir çox enerji təchizatı problemlərini aradan qaldırmışdır.

Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, 2014-cü ilin noyabr ayında sözügedən müəssisənin xidməti ərazisində 15,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki istehlakla müqayisədə 522 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 9,1 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 521 min kilovatsaatdan çox artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 11 ayı ərzində müəssisə üzrə istehlak 131,3 milyon kilovatsaata yaxın olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 5,1 milyon kilovatsaatdan, ödəniş isə mütləq 7 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 70,9 milyon kilovatsaatdan və 747 min kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə mütləq 6 faizə yaxın artmışdır. Enerji obyektindən o da bildirildi ki, istehlak olunmuş elektrik enerjisinin haqqının tam həcmdə ödənilməsinin təmin edilməsi dövlət əhəmiyyətli məsələ olduğundan bu istiqamətdə daha da yaxşı nəticələrin əldə olunmasına səy göstərilir.

Sonda onu da qeyd edək ki, 2014 ilin noyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 38 istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 63,5 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 3,8 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Ümumiyyətlə isə, 2014-cü ilin 11 ayı ərzində isə burada 605-dən çox qayda pozuntusu faktı aşkar edilərək akt tərtib olunmuş, 1 milyon 26,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 61,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğlə yanaşı ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.