İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLİR

Image

Şəki Elektrik Şəbəkəsində istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər davam etməkdədir. Bu barədə “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində vəziyyət qənaətbəxşdir və hazırda rayon gün ərzində daha keyfiyyətli və dayanıqlı enerji ilə təmin edilir.

Elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olmasının rayonun elektrik təsərrüfatında görülmüş əsaslı və cari təmir işlərilə bağlı olduğunu bildirən mənbə qeyd etdi ki, elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütün imkan və qüvvələr ötürücü və paylayıcı şəbəkələrin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib. Müəssisənin  xidməti ərazisində mövsümə hazırlıq məqsədilə bir sıra k-lik Aydınbulaq, Qoxmuq, K.Dəhnə və digər HX-lərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin müəyyən hissəsi də təmir olunmuşdur. Paralel olaraq analoji təmir işləri müəssisənin balans mənsubiyyətinə aid olan 0,4 kV-lik xətlərdə də aparılmışdır. Eyni zamanda sözügedən dövrdə müəssisənin xidməti ərazisində yerləşən TM-lərdə də əsaslı və cari təmir işləri aparılmışdır.

Onu da qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində Şəki EŞ üzrə 126,8 milyon kilovatsaatdan artıq (bunun 67 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib), o cümlədən 2014-cü ilin noyabr ayında 13,3 milyon kilovatsaatdan artıq (bunun 7,3 milyon kilovatsaatdan çoxu daimi əhali qrupu tərəfindən istehlak edilib) elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014 –cü ilin 11 ayı ərzində ümumi istehlak 7.5 milyon kilovatsaata yaxın (daimi əhali qrupunda isə 5 milyon kilovatsaata yaxın), ödəniş isə mütləq 2 faizə yaxın (daimi əhali qrupunda da mütləq 2 faizə yaxın) artmışdır. O cümlədən, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2014 –cü ilin noyabr ayında ümumi istehlak 1.2 milyon kilovatsaata yaxın (daimi əhali qrupunda isə 1,1 milyon kilovatsaata yaxın) artmışdır.

Mənbə onu da bildirdi ki, 2014-cü ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 780-dan artıq istehlakçının "Elektrik Enerjisindən İstifadə Qaydaları"nı pozması faktı aşkarlanmışdır. Bu qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 1 milyon 559.5 min kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 93,5 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin məbləğin 46 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

 

Yeri gəlmişkən, 2014-cü ilin noyabr ayında aşkar edilmiş 84 qayda pozuntusuna görə, 240 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 14,4 min manata yaxın istehlak dəyəri bərpa edilmiş və hesabat ayında həmin bu məbləğin 40 faizə yaxın hissəsinin ödənişi təmin olunmuşdur.