GÖRÜLƏN TƏDBİRLƏR ÖZ NƏTİCƏSİNİ VERİR

Image

"Azərenerji" ASC-nin tərkibinə daxil olan elektrik şəbəkələrində istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər davam etməkdədir. Bu baxımdan, Sabirabad rayonunun elektrik enerjisi ilə təchizatı sahəsində də vəziyyət qənaətbəxşdir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumta görə, Sabirabad EŞ üzrə 2014-cü ilin noyabr ayındakı ümumi istehlak 2013-cü ilin eyni dövründəki  istehlak ilə müqayisədə 3,1 milyon kilovatsaatdan çox artaraq 22.5 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 24 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda 15 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 1.9 milyon kilovatsaat çoxdur.

Qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 218,5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə ümumi istehklak 14,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 7 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin eyni dövründəki  istehlak ilə müqayisədə 2.3 milyon kilovatsaatdan çox artaraq 122,4 milyon kilovatsaatdan artıq olmuşdur.

Onu bildirmək istəyirik ki, elektrik enerjisi ilə təchizat sahəsində vəziyyətin qənaətbəxş olması rayonun elektrik təsərrüfatında görülmüş yenidənqurma,  əsaslı və cari təmir işləri ilə də bağlıdır.

Mənbədən əldə edilən digər bir məlumata görə, müəssisənin xidməti ərazisində 2014-cü ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 1530-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 4 milyon 731,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 283,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

O cümlədən, 2014-cü ilin noyabr ayında 128 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 453,2 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 27.2 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 76 faizdən artıq hissəsinin ödənişi təmin edilmişdir.