2014-CÜ İLDƏ 22,7 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
2014-cü ilin 12 ayı ərzində ölkə enerji sistemində 22,7 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Bu barədə “Azərenerji”ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, il ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, 2014-cü ilin dekabr ayında isə 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib