GÖRÜLƏN IŞLƏRƏ YEKUN VURULUR
Rayon və şəhər elektrik şəbəkələrinin kollektivləri 2014-cü il üçün nəzərdə tutulmuş yenidənqurma, əsaslı və cari təmir işlərini başa çatdırmaq üzrədirlər. Bunu Naftalan şəhər, Goranboy və Göyçay elektrik şəbəkələrinin timsalında müşahidə etmək mümkündür.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə Naftalan EŞ-dən verilən məlumata görə, 110/35/10 kV-lik Naftalan yarımstansiyasından çıxan 10 kV-lik II «Sanatoriya» hava xəttini qidalandıran 320 KVA transformator əsaslı təmirdən çıxarılıb. Həmçinin transformatora yağ əlavə edilib.
Tədbirlər planına uyğun olaraq transformator məntəqələri təftiş olunub və Qaşaltı kəndi ərazisindəki 400 KVA-lıq, «Şəfibəyli» hava xəttindən qidalanan 630 KVA-lıq transformatorlar cari təmir olunub.
Şəbəkənin xidməti ərazisindəki EVX-lərdə əsaslı və cari təmir işləri aparılıb. 10 və 0,4 kV-lik EVX-lərdə 1,2 km-ə yaxın məsafədə təmir işləri görülüb. Son iki ay ərzində üç ədəd 10/0,4 kV-lik transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılıb.
Goranboy rayonunda 35/10 kV-lik «Xanqərvənd» yarımstansiyasında cari təmir işləri aparılıb, yarımstansiyanın ikitərəfli qidalandırılması təmin edilib.
Yeni istimara verilmiş 330 kV-lik «Goranboy» yarımstansiyasının xüsusi sərfiyyatını təmin etmək məqsədilə 110/35/10 kV-lik «Naftalan» yarımstansiyasından çıxan 10 kV-lik I «Subartezian» hava xəttində əsaslı təmir işləri həyata keçirilib. Doqquz ədəd dəmir-beton dayaq basdırılıb. İkinci qida mənbəyi kimi 35/10 kV-lik «Xanqərvənd» yarımstansiyasından çıxan 10 kV-lik «Telestudiya» hava xəttinin davamı olaraq 4 km məsafə yeni xətt inşa olunub.
Ümumiyyətlə isə başa çatmaqda olan cari ildə Goranboy Elektrik Şəbəkəsinin xidməti ərazisindəki 10 kV-lik hava xətlərində 7 km məsafədə əsaslı təmir işləri görülüb. Bununla yanaşı, 38,7 km məsafədə 10 kV-lik hava xətlərinin cari təmiri aparılıb, boşalmış xətlərin naqilləri dartılıb, xəttin trassası budaqlardan təmizlənib. 0,4 kV-lik hava xətləri üzrə 6,8 km məsafədə əsaslı təmir işi aparılıb.
Göyçay Elektrik Şəbəkəsinin təmirçilər briqadası cari ildə xidməti ərazidə istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində xeyli iş görüb. Şəhər mərkəzini və rayonun kəndlərini qidalandıran 10 kV-lik hava xəttinin 40,2 km-də əsaslı və cari təmir işləri aparılıb. 0,4 kV-lik elektrik verilişi xətlərinin 32,4 km-i müvafiq olaraq əsaslı və cari təmirdən çıxarılıb. 42 ədəd 0,4 kV-lik, 15 ədəd isə 10 kV-lik dayaq yenisi ilə əvəz edilib.
Şəhər və rayon ərazisindəki 75 ədəd transformatorda əsaslı və cari təmir işləri aparılıb. Həmçinin 18 ədəd 0,4 kV-lik ayırıcı və 2 ədəd 10 kV-lik ayırıcı dəyişdirilərək yenisi ilə əvəz edilib. İndiyədək 530 ədəd qüsurlu elektrik sayğacı dəyişdirilib, 337 ədəd yeni sayğac isə təzə mənzil sahiblərinin ünvanına quraşdırılıb.