PAYLAYICI ŞƏBƏKƏDƏ YENİLƏŞMƏ DAVAM ETDİRİLİR

Image

Respublikamızın kənd təsərrüfatı rayonlarından olan Ucarın elektrik enerjisi təchizatının dayanıqlılığı tam təmin edilir.  Rayon elektrik şəbəkəsinin kollektivi bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır.

Şəbəkənin istismar səviyyəsinin yüksəldilməsi məqsədilə görülən tədbirlər barədə  “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, yarımstansiyalarda, transformator məntəqələrində avadanlıqlara texniki baxış həyata keçirilib və cari ilin son üç ayı ərzində də TM-lərdə müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda müxtəlif gücə malik bir neçə transformator təmirdən çıxarılmış və təkrar şəbəkəyə qoşulmuşdur.

Qeyd edək ki,  rayon mərkəzində, həm də kəndlərdə enerji təsərrüfatının qış mövsümünə hazırlanması üçün məqsədyönlü tədbirlər cari ilin son üç ayında da davam etdirilmişdir. Rayon mərkəzi və  kəndlərdəki paylayıcı şəbəkələrdə əsaslı yenidənqurma işləri aparılmışdır. Bütün bunlarla yanaşı qışa hazırlıqla əlaqədar xətlər budaqlardan təmizlənmiş, məftillər dartılmış və digər qabaqlayıcı tədbirlər görülmüşdür.

Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. Cari ilin noyabr ayında müəssisə üzrə 7,6 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 825 min kilovatsaatdan çox, ödəniş isə mütləq 11 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 269 min kilovatsaata yaxın artaraq 3,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizə yaxın artmışdır.

Eyni zaman da, cari ilin 11 ayı ərzində müəssisə üzrə istehlak 70,3 milyon kilovatsaatdan çox olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 5.5 milyon kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak  ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 1,5 milyon kilovatsaatdan çox artaraq 30.1 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizə yaxın artmışdır.

Bildirmək yerinə düşərdi ki, istehlakçıların sayğac-uçot komplektinə baxış keçirilən zaman aşkar edilən qayda pozuntularına görə,  cari ilin noyabr ayında 30-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 32,4 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 1.9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin 11 ayı ərzində burada 215-ə yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 633,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 38 min manatlıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.