LƏNKƏRAN EŞ: MÜVAFİQ TƏDBİRLƏR GÖRÜLÜR

Image

İlin əvvəlindən başlayaraq “Lənkəran Elektrik Şəbəkəsi”ndə istehlakçıların elektrik enerjisi təchizatını daha da yaxşılaşdırmaq üçün bir sıra işlər görülüb. Görülən tədbirlər itkilərin, o cümlədən kommersiya itkilərinin aşağı salınmasına, nəticədə istismar zamanı istifadə olunan avadanlıqlarda baş verə biləcək qəza hallarının minimum səviyyəyə endirilməsinə səbəb olacaqdır. Şəbəkə tərəfindən xidmət göstərilən abonentlərin ümumi sayı 50,1 mindən çoxdur. Bunun da 46 mindən çoxu məişət abonenti (əhali) istehlakçılar qrupuna aiddir.

“Bütün istehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisilə təmin olunması üçün müəssisənin balans mənsubiyyətinə aid olan EVX-lərdə və TM-lərdə yenidənqurma tədbirləri görülmüş, əsaslı və cari təmir işləri yerinə yetirilmişdir”, – deyən “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin məsul işçisi Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə cari ilin son üç ayında görülmüş işlər barəsində də məlumat verdi.

Mənbəyə istinadən qeyd edək ki, həmin bu dövrdə paylayıcı şəbəkələrdə yenidənqurma,  əsaslı və cari təmir işləri aparılmışdır.  Eyni zamanda  balans mənsubiyyətinə aid olan TM-lərdə müxtəlif təyinatlı təmir işləri aprılmış və bir neşə transformator əsaslı təmir edilərk şəbəkəyə qoşulmuşdur. Rayonun elektrik təsərrüfatında həyata keçirilən tədbirlər nəticəsində enerji təchizatı daha da möhkəmlənib.

“Ümumiyyətlə, sözügedən müəssisənin də elektrik avadanlıqlarında mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.  Eyni zamanda sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi reydlər keçirilir”, – deyən mənbə onu da bildirdi həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində də müsət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin oktyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 248 min kilovatsaata yaxın artaraq 13 milyon kilovatsaatdan artıq olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 9,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 310 min kilovatsaat çoxdur.

Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 129,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 10 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 9 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 3,9 milyon kilovatsaatdan çox artaraq 83 milyon kilovatsaata yaxın olmuşdur.  Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır. Sonda onu da qeyd edək ki, burada da əməyin mühafizəsi məsələləri də diqqət mərkəzindədir. Həmçinin, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsinə daim diqqət yetirilir.