YÜKSƏK XİDMƏT UĞRUNDA

Image

Naftalan Elektrik Şəbəkəsi”nin enerji təsərrüfatında görülən tədbirlər öz müsbət nəticəsini verir. Hazırda ra­yonun elektrik enejisinin təchizatı ilə bağlı heç bir prob­lem yoxdur, bütün istehlakçı qruplar sutka ərzində daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayonda elektrik şəbəkələrinin fəaliyyətini sağlamlaşdırmaq, elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədi ilə mühüm tədbirlər görülüb. Bu baxımdan, şəbəkənin xidməti ərazisində dirəklərin yenisi ilə əvəz olunması istiqamətində xeyli iş aparılıb. Paralel olaraq sallaq naqillər dartılmış və xətlər boyunca ərazi yaşıl kütlədən təmizlənmişdir. Qeyd edək ki, sözügedən dövrdə bir neçə TM təmir olunmuş və müxtəlif gücdə transformatorlar da təmir edilərək şəbəkəyə qoşulmuşdur. “Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması üçün xeyli iş görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Ümimiyyətlə, elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı daha sərt tədbirlər görülür. Hətta qanunvericiliyə uyğun bəzi istehlakçılar barəsində toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilir”, – deyən mənbə cari ilin 10 ayı ərzində, o cümlədən, oktyabr ayında keçirilmiş reydlər, itirilmiş elektrik enerjisinin bərpa edilmiş istehlak dəyəri barəsində də məlumat verdi.

Onu da qeyd edək ki, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərmişdir. 2014-cü ilin oktyabr ayında müəssisə üzrə 1,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 163 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 50 faizdən çox artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 330 min kilovatsaata yaxın və 31 min kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 17 faizə yaxındır.

 

Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində isə müəssisənin xidməti ərazisində 13,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 3,1 milyon kilovatsaata yaxını daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 2,3 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 22 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 246 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur.