ƏSASLI VƏ CARİ TƏMİR İŞLƏRİ APARILIR
“Qəbələ REŞ” MMC-nin tabeliyində fəaliyyət göstərən “Ağdaş Elektrik Şəbəkəsi”ndə cari ötən ayları ərzində istehlakçılara ötürülən enerjinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi istiqamətində müəyyən işlər həyata keçirilib.
Şəbəkədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son aylarda fərdi abonentlərin ünvanlarına 140-a yaxın yeni sayğac quraşdırılıb, zədələnmiş və qüsurlu 190-a yaxın sayğac yenisi ilə əvəz olunub.
Bundan əlavə, 10 kV-lik “Xosrov”, “Qoşaqovaq”, “Qəsəbə”, “Dəhnəxəlil”, “Orta Ləki”, I “Şəhər” və “Şıxlı” hava xətlərində 1,7 km-dən artıq hissədə əsaslı təmir aparılıb. Bu proses 0,4 kV-lik hava xətlərinin 2,9 km-lik hissəsində də həyata keçirilib. 10/0,4 kV-lik transformator məntəqələrinin 54-də təmir işləri aparılıb.
“Ağdaş Elektrik Şəbəkəsi”nin təmirçiləri Pirkəkə, Ərəbocağı, Şıxlı, Kükəl, Qoşaqovaq kəndlərinə 10 kV-lik hava xətlərində 10,1 km məsafədə, Bulaqotağı, Qülbəndə, Ərəbşəki, Malay, Qolqəti, Binələr kəndlərindəki 0,4 kV-lik hava xətlərində isə 17 km məsafədə cari təmir işləri görüblər.