MÜHÜM ADDIMLAR ATILIR
“İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə elektrik şəbəkəsi müəssisələrində mühüm addımlar atılır. Əməkdaşlar həmişə olduğu kimi, bundan sonra da istehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması, kommersiya itkilərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirəcəklər”.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və bildirilir ki, “Lerik” EŞ-in xidməti ərazisində şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi, o cümlədən mövsümə hazırlıq çərçivəsində cari ilin son üç ayında da bu istiqamətdə mühüm addımlar atılmışdır. Belə ki, 10 və 0,4 kV-lik xətlərdə, eyni zamanda TM-lərdə müxtəlif təyinatlı təmir işləri reallaşdırılmış və transformatorlar təmir edilərək istifadəyə verilmişdir. Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, şəbəkə üzrə yanğından mühafizə tədbirləri də daim diqqət mərkəzindədir. Yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM-lərin ərazisi quru otlardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.
“Elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir”, – deyən mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 5 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 14 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 800 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən aylrın aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 35 qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 488,2 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 29,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 32 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, cari ilin 9 ayı ərzində müəssisə üzrə ümumi istehlak 14,5 milyon kilovatsaata, o cümlədən sentyabr ayında isə 1,6 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə cari ilin 9 ayı ərzində istehlak 564 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım qeydə alınmışdır. O cümlədən, sentyabr ayında isə istehlak 49 min kilovatsaata yaxın azalmış, ödəniş isə mütləq 4 faizə yaxın artmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 9 ayında daimi əhali istehlakçıları üzrə 9,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 575 min kilovatsaat çoxdur. Ödəniş isə mütləq bir faizə yaxın artmışdır. O cümlədən, sentyabr ayında isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 min kilovatsaata yaxın artaraq bir milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 3 faizə yaxın olmuşdur.