1,8 MİLYARD KİLOVATSAATA YAXIN ELEKTRİK ENERJİSİ İSTEHSAL EDİLİB
Cari ilin oktyabr ayında ölkə enerjisistemində1,8 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilmişdir.
Mənbənin bildirdiyi digər bir məlumata görə, cari ilin 10 ayı ərzinndə isə 18,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.