MƏQSƏDYÖNLÜ TƏDBİRLƏR ÖZ BƏHRƏSİNİ VERİR
Yardımlı rayonunun elektrik təsərrüfatında son dövrlər ərzində xeyli iş görülüb. Bu barədə “Azərenerji” ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Enerji Təchizat İdarəsindən bildirilmişdir. Elektrik təsərrüfatının fəaliyyətini daha da yaxşılaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə dayanıqlı təchizatını təmin etmək məqsədilə həyata keçirilən işlər öz bəhrəsini verməkdədir. Qeyd edək ki, elektrik enerjisi ilə təminatda dayanıqlığın təmin edilməsi məqsədilə yarımstansiyalarda və elektrik verilişi xətlərində müxtəlif təyinatlı təmir işləri aparılıb. Təmir və yenidənqurma işləri 10 və 0,4 kV-lik şəbəkələri də əhatə edib.
Onu da qeyd edək ki, həyata keçirilən və nəzərdə tutulmuş tədbirlər planı müntəzəm xarakter daşıyır və bu kimi tədbirlər enerjisisteminin stabil və dayanıqlı iş rejiminin qorunmasında mühüm amillərdəndir. Mənbədən daxil olan digər bir məluma görə, müəssisənin xidməti ərazisində cari ilin sentyabr ayında 1,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, onun da 871 min kilovatsaatdan çoxu daimi əhali istehlakçılar qrupuna aiddir. Nəticədə 2013-cü ilin eyni dövrü ilə müqayisədə, ümümi istehlak 38 min kilovatsaata yaxın, daimi əhali istehlakçılar qrupunda isə istehlak 113 min kilovatsaatdan çox azalmışdır. Eyni zamanda ümumi ödəniş ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 27 faizdən çox artmışdır. Daimi əhali istehlakçılar qrupunda isə bu göstərici 19 faizə yaxın olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində isə müəssisənin xidməti ərazisində ümumilikdə 13,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçılar qrupu üzrə isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 572 min kilovatsaatdan çox artaraq 9,7 milyon kilovatsaatdan artıq olmuşdur. “İstehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində əhalinin ödənişə cəlb olunması qarşıda duran əsas vəzifələrdəndir”, – deyən mənbə onu da bildirdi ki, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi ödəniş 24 faizə yaxın, daimi əhali istehlakçılar qrupunda isə 22 faizdən çox mütləq artmışdır.
Mənbə onu da bildirdi ki, müəssisənin xidməti ərazisində cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 80-dan artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 444 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 27 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 74 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalıq borcun ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür. O cümlədən, cari ilin sentyabr ayında iki qayda pozuntusu fakt aşkar olunmuşdur. Nəticədə 3 min kilovatsaat itirilmiş elektrik enerjisinin 200 manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylrın aktlarına görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Onda onu da qeyd edək ki, Yardımlı Elektrik Şəbəkəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri də daim diqqət mərkəzindədir. Şəbəkə zəruri mühafizə vasitələri, xüsusi geyim, ayaqqabı, mühafizə dəbilqəsi və plakatlarla da təmin olunub. Burada, həmçinin, əməkçilərin peşəkarlığına da xüsusi diqqət yetirilir.