TƏSİRLİ TƏDBİRLƏRİN NƏTİCƏSİ

Image

Elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. Nəzarət qruplarının və şəbəkə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı sayğac sxemlərinə müdaxilə haları aşkarlandıqda həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, Gədəbəy elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı iki istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək və müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 57,8 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin  3,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 97 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə sözügedən müəssisə üzrə 130-a yaxın qayda pozuntusu faktı aşkar edilərək 816,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 48,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin 93 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Yeri gəlmişkən, mənbə onu da bildirdi ki, bərpa edilmiş istehlak dəyərinin ödənişinin tam təmin edilməsi üçün həmin istehlakçılara xəbərdarlıq edilmiş, bəziləri barəsində hüquq-mühafizə orqanlarına müraciət edilmişdir.