DAYANIQLIĞA MÖHKƏM ZƏMİN YARADILIR
Astara Elektrik Şəbəkəsində həyata keçirilən məqsədyönlü tədbirlər rayonun enerji təsərrüfatına olan tələbatını daha da dayanıqlı şəkildə ödəməyə imkan verir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən rayon əhalisinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsində heç bir problem yoxdur. Belə ki, Astarada elektrik enerjisinin keyfiyyətli və davamlı ötürülməsi məqsədi ilə elektrik verilişi xətləri, transformator məntəqələri və yarımstansiyalarda yenidənqurma, təmir işləri yerinə yetirilib. Belə ki, bu ilin 9 ayı ərzində 10 və 0,4 kV-lik xətlərdə naqillər və dayaqlar dəyişdirilib və digər müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Mənbədən o da bildirildi ki, şəbəkənin xidməti ərazisində sayğacdankənar istifadə hallarına, az da olsa, təsadüf edilir. Əsasən ucqar kəndlərdə baş verən belə hadisələri aşkarlamaq üçün hər gün reydlər keçirilir. Qayda pozuntuları müvafiq şəkildə aktlaşdırılır. Görülən tədbirlər nəticəsində elektrik enenjisindən qeyri-qanuni istifadə edənlərin sayı getdikcə azalır. Belə ki, sözügedən EŞ-in xidməti ərazisində cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 115 qayda pozuntusu faktı aşkar edilərək 231,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 14 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ilin aktlarına görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Yer gılmişkən, cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 16 istehlakçının elektrik enerjisindən qeyri-qanuni istifadə etməsi faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilmişdir. Nəticədə 25.2 min kilovatsaat itirilmiş elektrik enerjisinin 1,5 manatlıq istehlak dəyəri bərpa olunmuşdur. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylrın aktlarına görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir. Qayda pozuntularının təsnifatına və istehlakçı qrupun gəldikdə isə, kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qayda pozuntusu aşkar edilmişdir. Məlumatda o da bildirilir ki, müəssisə üzrə cari ilin sentyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 556 min kilovatsaatdan çox artaraq 4,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 24 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 383 min kilovatsaat çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 21 faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 40,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 5,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 11 faiz artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,3 milyon kilovatsaatdan çox artaraq 27 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 10 faizə yaxın artmışdır.