REYDLƏR DAVAM ETDİRİLİR
Sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində bir çox təsirli tədbirlər uğurla davam etdirilir. “Daşkəsən” elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində istehlakçılarım elektrik enerjisindən istifadə qaydalarına riayət etmələri ilə bağlı “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin sentyabr ayında keçirilmiş reydlər zamanı 4 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 160 manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı, ötən aylrın aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı 150 istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 276,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 16,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 73 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən onu da bildirək ki, elektrik enerjisindən yenə də kənar xətt vasitəsilə istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar edilmişdir.