“BEYLƏQAN EŞ”DƏ YENİDƏNQURMA VƏ TƏMİR İŞLƏRİ APARILIR

Image

Digər paylayıcı elektrik şəbəkələrində olduğu kimi, “Beyləqan” EŞ-də də istehlakçılara xidmətin  səviyyəsinin daha da yüksəldilməsi, texnoloji itkilərin azaldılması, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi  üçün kollektiv, öhdələrinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir. Hazırda burada mövsümə hazırlıqla bağlı təmir işləri tədbirlər planına uyğun davam etdirilir.

Sözügedən müəssisədə ötürücü və paylayıcı şəbəkənin istismar səviyyəsinin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, rayonda enerji təchizatının dayanıqlığını təmin etmək üçün istismarçılar böyük səy göstərirlər. Elektrik verilişi xətlərinin (EVX) və transformator və ya komplekt transformator məntəqələrinin (TM və ya KTM) yenidənqurulması, cari və əsaslı təmiri əvvəlcədən tərtib edilmiş cədvəl əsasında aparılır.

Qeyd edək ki, mövsümə hazırlıq tədbirləri çərçivəsində cari ilin son üç ayı ərzində 10, 6 və 0,4 kV-lik EVX-lərdə müxtəlir təyinatlı təmir işləri həyata keçirilmişdir ki, bu da tələbatçıların daha kefiyyətli elektrik enerúisi ilə təmin olunmasına imkan yaradır. Digər görülmüş işlər barəsində də məlumat verən mənbə onu da bildirdi ki, cari ilin sentyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 70-dən artıq istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 166 min  kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin 10 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylrın aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin  ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, sözügedən müəssisə üzrə cari ilin 9 ayı ərzində isə 710-dan artıq qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuş, 1 milyon 522,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğlə yanaşı (91,4 min manat) ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin  ödənişi təmin edilmişdir.

Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə cari ilin sentyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 1,5 milyon kilovatsaata yaxın artaraq 8,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 16 faizdən çox artmışdır.  O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 2,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 263 min kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq 20 faizə yaxın artmışdır. Yeri gəlmişkən, cari ilin 9 ayı ərzində isə müəssisə üzrə ümumilikdə 95,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 9,9 milyon kilovatsaata yaxın artmış, ödənişdə isə mütləq artım 12 faizdən çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 47 min kilovatsaata yaxın azalaraq 28,5 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 8 faizə yaxındır.