REYDLƏR NƏTİCƏ VERİR

Image

Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, istehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində reydlər “Göygöl Elektrik Şəbəkəsi”nin də xidməti ərazisində də davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə,  cari ilin sentyabr ayında sözügedən EŞ-in xidməti ərazisində keçirilmiş reydlər zamanı 54 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 449,8 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 27 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 82 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən, cari ilin 9 ayı ərzində keçirilmiş reydlər zamanı isə 250-dən çox istehlakçının qayda pozması faktı aşkar edilərək 1 milyon 897,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 113,9 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı, ötən ilin aktlarına görə yaranmış debitor borcun da müəyyən hissəsinin  ödənişi təmin edilmişdir.