ZƏRURİ İŞLƏR GÖRÜLÜR

Image

Həyata keçirilmiş məqsədyönlü tədbirlər, o cümlədən istehlakçılar arasında aparılan maarifləndirmə işinin nəticəsidir ki, aybaay yığım səviyyəsi artırılır.

Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq hələ də bu və ya digər şəkildə  sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məqsədimiz bu pozuntu faktlarını vaxtında aşkar edərək onların qarşısını almaq, itkiləri azaltmaq və ödənişi 100 faizə çatdırmaqdır.

Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, «Bərdə Elektrik Şəbəkəsi»nin (EŞ)  xidməti ərazisində cari ildə keçirilmiş reydlər zamanı da  müəyyən istehlakçıların sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Qeyd edək ki, ən çox qayda pozuntuları məişət abonenti (əhali) istehlakçıları qrupunda açkar edilmiş və elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə halı üstünlük təşkil etmişdir.

Mənbə onu da bildirdi ki, cari ilin sentyabr ayında sözügedən EŞ-in xidməti ərazisində ümumilikdə 18,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Hesabat ayında ümumi istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə bir milyon kilovatsaatdan çox artmış, ümumi ödəniş isə 2013-cü ilin eyni dövründəki ödənişdən mütləq 15 faizə yaxın çoxdur.     O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 851 min kilovatsaata yaxın artaraq 5,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş mütləq 15 faizdən çox artmışdır.

Qeyd edək ki, cari ilin 9 ayı ərzində isə burada ümumilikdə 185,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 9,9 milyon kilovatsaata, ödəniş isə mütləq 4 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 52,9 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 6,8 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 6 faizdən çox artmışıdr.

 

“Bərdə Elektrik Şəbəkəsi”ndə avadanlıq­la­rın istismar səviyyəsini yüksəltmək və xətlərin dayanıqlığını təmin etmək məqsədilə son aylar ərzində də bir sıra işlər həyata keçirilib”, – deyən mənbə onu da qeyd etdi ki, yarımstansiya avadanlıqlarının istismarı və təmiri xidmətinin kollektivi də son aylarda məhsuldar çalışıblar. Sonda onu da qeyd edək ki, analoji tədbirlər davam etdirilir.