Enerjinin ötürülməsində dayanıqlıq təmin edilir

«Mingəçevir REŞ» MMC-nin balans mənsubiyyətinə aid yarımstansiyalarda və yüksək gərginlikli hava xətlərində bu ilin on ayında genişmiqyaslı əsaslı və cari təmir işləri aparılıb.
“Aərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisənin təmir briqadaları oktyabr ayı ərzində 110/35/6 kV-lik «Şəhər» və 110/35/10 kV-lik «Yevlax» yarımstansiyalarında üç ədəd müxtəlif tipli yağ açarını əsaslı təmirdən çıxarıblar. Bununla yanaşı, «Şəhər» yarımstansiyasında üç ədəd eleqaz və bir ədəd yağ açarını, «Yevlax» yarımstansiyasında isə bir ədəd yağ açarını cari təmir ediblər. Həmçinin 110/35/10 kV-lik «Ucar» yarımstaniyasından çıxan 35 kV-lik «Şəmkir» hava xəttinin yağ açarında da cari təmir işi aparılıb.
110/35/10 kV-lik «Bərdə» yarımstansiyasında səkkiz ədəd eleqaz açarında cari təmir həyata keçirilib. 1 və 2 saylı transformatorların 110 kV-lik eleqaz açarında, 110 kV-lik keçid eleqaz açarında, «Tərtər» və II-IV «Bərdə» hava xətlərinin bölmələrarası eleqaz açarlarında aparılan cari təmirlər bu qəbildəndir.
«Mingəçevir REŞ» MMC-nin respublikanın müxtəlif bölgələrinə istiqamətlənən 110, 220, 330 və 500 kilovoltluq yüksək gərginlikli hava xətlərinin ümumilikdə 13,7 kilometrində əsaslı təmir işləri görülüb. 500 kV-lik II «Abşeron» hava xəttinin 3,8 kilometrində təftişdən sonra qüsurlar aradan qaldırılıb. 195, 213, 228 və 231 saylı anker dayaqlarda müxtəlif təyinatlı təmir işləri aparılıb.
330 kV-lik I «Abşeron» hava xəttinin 4,9 kilometr hissəsində olan 9 ədəd anker dayaqlarda şleyflər təmir edilib. 220 kV-lik «Qəbələ» hava xəttinin 92 və 170 saylı anker dayaqlarında 28 ədəd izolyator yenisi ilə əvəz olunub. İki anker dayaqda isə şleyflər təmir edilib.
Müəssisənin xidməti ərazisi sayılan 110 kV-lik birinci və ikinci «Ucar» hava xətlərində də ötən ay müvafiq zəruri işlər görülüb. I «Ucar» hava xəttində 90-dan artıq izolyator təzələnməklə müxtəlif dayaqlarda qopmuş kontur torpaqlamalar yenidən bərpa olunub. II «Ucar» hava xəttinin 82, 83, 84 saylı dayaqlararası aşırımda da naqillər təmir edilib.
«Mingəçevir REŞ» MMC-nin kollektivi ili uğurlu nəticələrlə başa çatdırmaq üçün əzmkarlığını əsirgəmir.